Bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təmin edir;
Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil edərək onlara nəzarət edir;
Bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, material ehtiyatların və hesab-fakturaların uçotunun düzgünlüyünə nəzarət edir;
Qanunvericilik və mühasibat uçotu qaydalarının intizamına ciddi əməl edilməsini təşkil və nəzarət edir;
Dövlət büdcəsinə məcburi ödəməli, Dövlət Sosial Sığorta Fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsinə nəzarət edir;
Əmək haqqı, məzuniyyət haqqı, əmək qabiliyyətinin müvəqqəti itirilməsi üzrə ödəmələrə, mükafatların, son haqq-hesab hesablanmasına və ödənişinin həyata keçirilməsinə nəzarət edir;
Əmək haqqı ilə bağlı Vergilər Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlayır;
Maliyyə hesabatlarını (balans, mənfəət və zərər, pul axını, kapitalda dəyişiklik) tərtib edir;